Выбрать плеер:
Bakıda binanın lifti xarab oldu | FHN hərəkətə keçdi
Paytaxt Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarının birində nasazlıq səbəbindən bir nəfər liftin içində köməksiz vəziyyətdə qalıb. Vətəndaşın xilası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan çağırış əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Qurumun mütəxəssisləri operativ və təhlükəsiz şəkildə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində liftdə ilişib qalan şəxsi çıxararaq ona lazımi köməyi göstəriblər. Bu hadisə Bakıda liftlərin texniki təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları bir daha aktuallaşdırır.
Скопировано
