Выбрать плеер:
Biləsuvarda ailə münaqişəsi qanla bitdi | Arvad ərini bıçaqladı - Baku TV
Biləsuvar rayonunda baş verən ailədaxili münaqişə bıçaqlanma ilə nəticələnib.
Hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
İlkin məlumata görə, əslən Yardımlı rayonundan olan 56 yaşlı Balahəsən Ağayev yaşadığı evdə bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən verilən məlumata görə, həkimlər tərəfindən pasiyent üzərində əməliyyat aparılıb. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Kənd sakinlərinin sözlərinə görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Скопировано
