Выбрать плеер:
Biləsuvarda dəhşət | Qəzaya düşənlərlə bağlı həkimdən açıqlama
Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində “VAZ-21015” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb.
“Ələt istiqamətində gedirdim, o biri maşın qəbiristanlıqdan keçəndə idarəetməni itirərək məni vurdu”, – deyə sürücü Elvin Cahangirov bildirib.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan dördü “VAZ-21015” markalı avtomobilin sərnişinləridir.
Xəstəxanadan bildirilib ki, yaralılarda bədənin müxtəlif nahiyələrində çoxsaylı travma diaqnozu təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Скопировано
