İşgəncə verməkdə ittiham olunanlara hökm oxundu - Baku TV
Bakıda vətəndaşa əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işinin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq, Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2024-cü ilin may ayının əvvəlində Aydın Qurbanov tanışı Turan Rufullayev və Elnur adlı şəxslə birlikdə Elşən İbrahimovla görüşərək, “TikTok” sosial şəbəksində Elşənlə Elnur arasında yaranan mübahisəni həll etmək istəyiblər. Bunun üçün Aydın, Turan və Elnur Elşən İbrahimovun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evin qarşısına gəliblər. Elşən İbrahimov onlara məxsus avtomobilə minib. Bu zaman arxa oturacaqda əyləşən Aydın Qurbanov şalvarının kəmərini çıxararaq Elşən İbrahimovun boynuna keçirib və ona ləyaqəti alçaldan, qeyri-insani rəftar edib. Elnur isə bu hərəkətləri “TikTok” sosial şəbəkəsi vasitəsilə nümayiş etdirib.
Bundan başqa, Aydın Qurbanov və Turan Rufullayev qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma va satmaqda da ittiham olunurlar.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Aydın Qurbanov və Turan Rufullayev Cinayət Məcəlləsinin 133.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar.
Тег #Bakı Ağır Cinayətlər Məhkəməsi используется
- Ata ilə qızı nədə təqsirləndirilir? | Məhkəmədə gərgin anlar - Baku TV
- Təqsirləndirilənlər Fransaya casusluq və vətənə xəyanətdə ittiham olunurlar - Baku TV
- 21 illik ərini qətlə yetirən qadın hadisənin təfərrüatlarını danışdı - Baku TV
- Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV
- Nadirə yatdığı yerdə 38 bıçaq zərbəsi | Məsciddə adam öldürənə hökm oxundu - Baku TV
