Ata ilə qızı nədə təqsirləndirilir? | Məhkəmədə gərgin anlar - Baku TV
Atası ilə birlikdə Bakıda həyat yoldaşı Ədil Məhərrəmovu qətlə yetirməkdə təqsirləndirilən Nuranə Nəcəfova və atası Nəcəf Qafarovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nəcəf Qafarovun vəkili Rövşən Qasımov vəsatət qaldıraraq, şahidlərin ifadələrində iş üzrə müəyyən həssas məqamların olduğunu deyərək, prosesin media üçün qapalı olmasını məhkəmədən istəsə də, vəsatət təmin edilməyib.
Təqsirləndirilən Nəcəf Qafarov isə qızı ilə birlikdə ittiham olunduqları qətl işi ilə bağlı hər hansı əlaqələrinin olmadığını deyərək, zərərçəkənləri təhdid edib:
"Mən Ədili öldürən olsaydım, 2023-cü ildən öldürərdim. Qatil məlumdur, siz əsas onu tutun. Ədil mənim xəstə nəvəmin namusuna toxunmağa çalışıb. Əgər çöldə olsaydım, sizin nəslinizi kəsərdim".
Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin edib.
Тег #Bakı Ağır Cinayətlər Məhkəməsi используется
- İşgəncə verməkdə ittiham olunanlara hökm oxundu - Baku TV
- Təqsirləndirilənlər Fransaya casusluq və vətənə xəyanətdə ittiham olunurlar - Baku TV
- 21 illik ərini qətlə yetirən qadın hadisənin təfərrüatlarını danışdı - Baku TV
- Diqqət: Bu şirkət rəhbərləri dələduzluqla məşğuldur - Baku TV
- Nadirə yatdığı yerdə 38 bıçaq zərbəsi | Məsciddə adam öldürənə hökm oxundu - Baku TV
