Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi
Cəlilabad rayonunun Üçtəpə kəndində qardaşının iki övladını baltalayan kənd sakini Əli Nağıyev ölüb.
“Oxu.az”ın məlumatına görə, Əli Nağıyevin halı müvəqqəti saxlama yerində pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada həyatını itirib.
Xatırladaq ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Əli Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına – 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevaya balta ilə xəsarətlər yetirib. Həqiqət Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.
Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əli Nağıyev saxlanılaraq barəsində cinayət işi başlanılmışdı.
