Выбрать плеер:
Güclü qar avtomobil yollarında hərəkəti çətinləşdirdi | Sürücülər yolda qaldı - Baku TV
Güclü qar avtomobil yollarında ciddi çətinliklər yaradıb.
Ən kritik vəziyyət Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu və İsmayıllı istiqamətlərində yerləşən yol ayrıcında qeydə alınıb.
Hazırda bu ərazidə nəqliyyatın hərəkəti xeyli məhdudlaşıb, yüzdən artıq avtomobil yolda qalıb.
Sürücülər bildirirlər ki, yol şəraiti son dərəcə təhlükəlidir.
“Sürmək mümkün deyil. Heç kimə yola çıxmağı məsləhət görmürük. Bu havada evdə qalsalar, daha yaxşıdır. Məcbur geri qayıtmalı olduq”, – deyə sürücülərdən biri qeyd edib.
Скопировано
