Maşın kanala aşdı, 6 nəfər xəsarət aldı
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.
Qəza Lənkəran-Lerik magistral yolunun rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “Audi Q7” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində əvvəlcə yol kənarındakı qaz borusuna çırpılıb, daha sonra isə suötürücü kanala aşıb.
Hadisə zamanı avtomobildə olan eyni ailənin üzvləri – 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova, 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova, eləcə də azyaşlılar – 2019-cu il təvəllüdlü R.Qurbanov və 2014-cü il təvəllüdlü F.Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi üçün müvafiq şöbələrə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Тег #Lənkəran используется
- "Yaxşı hal deyil" | Lənkəranda çöl quşları müəmmalı səbəbdən tələf olub- Baku TV
- Dəniz quşlarının kütləvi ölümü nə ilə bağlıdır? - Baku TV
- Qarabatdaq quşlarının kütləvi tələfatı
- "İlaxır çərşənbənin səhəri su üstünə gələrlər" | Lənkəranlılar Novruz ənənəsindən danışdı - Baku TV
- Avtomobil körpüdən çaya aşdı, sərnişin öldü
