Выбрать плеер:
“Narkomanlar yığışır, oğlanlar bıçaqla...” | Bomj və “alkaş”ların yuvasında dəhşətli qətl - Baku TV
Nizami rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Qara Qarayev prospekti, Şirin Mirzəyev küçəsində qeydə alınıb.
Yarımçıq tikilidə dörd dost içki məclisi təşkil edib. Bir müddət sonra spirtli içkinin təsiri altında Kamran Əhmədovla Emil Əmirbəyov arasında mübahisə yaranıb.
Mübahisə zamanı iki dost bir-birinə bıçaqla xəsarət yetirib. Nəticədə, Emil Əmirbəyov hadisə yerində dünyasını dəyişib, digəri isə xəstəxanaya çatdırılıb.
“İki sərxoş şəxs orada bir-birini bıçaqlayıb. Səhər işə gələndə gördüm ki, əraziyə polislər toplaşıb”, – vətəndaşlardan biri söyləyib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Скопировано
