Выбрать плеер:
Şəmkirdə qorxulu anlar | Restorana gedən sakinlər niyə xəstəxanalıq oldu? - Baku TV
Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.
İlkin ehtimala görə, məclisdə yedikləri salatdan zəhərlənən 11 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb. Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub.
Qurumun əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Скопировано
