Выбрать плеер:
Su basmış tunellərlə bağlı təcili tədbir görüldü | Sabunçuda son durum
Gecə saatlarında yağan yağış bəzi ərazilərdə subasmaya səbəb olub.
Sabunçu dəmiryol stansiyasının qarşısındakı və “komsomol” dairəsi adlanan tunelləri su basıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Fövqəladə Hallar Nazirliynin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
Скопировано
