Выбрать плеер:

Terrorçuluq əməlləri törətmək istəyən şəxslərin məhkəməsi - Baku TV

26 февраля 2026 122 просмотров

Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərək iş məhkəmə baxışına verilib. Növbəti məhkəmə prosesi martın 11-nə təyin edilib.

Qeyd edək ki, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı DTX-də başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Məlum olub ki, terrorçuluq cinayətinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib.

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.

Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya s. nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Скопировано
Binəqədidə yanğın baş verən ərazidən son görüntülər - Baku TV

Binəqədidə yanğın baş verən ərazidən son görüntülər - Baku TV

Hadisə
17 марта 2026 122 просмотров
Külək yanğının söndürülməsinə mane olur | FHN hadisə yerində - Baku TV

Külək yanğının söndürülməsinə mane olur | FHN hadisə yerində - Baku TV

Hadisə
17 марта 2026 122 просмотров
Binəqədidə yanğın hadisəsi | Baku TV hadisə yerində - Baku TV

Binəqədidə yanğın hadisəsi | Baku TV hadisə yerində - Baku TV

Hadisə
17 марта 2026 122 просмотров
Binəqədi rayonu, ərazisində mebel sexində yanğın baş verib - Baku TV

Binəqədi rayonu, ərazisində mebel sexində yanğın baş verib - Baku TV

Hadisə
17 марта 2026 122 просмотров
Mebel sexində yanğın | Baku TV hadisə yerində - Baku TV CANLI

Mebel sexində yanğın | Baku TV hadisə yerində - Baku TV CANLI

Hadisə
17 марта 2026 122 просмотров
"Hərə öz evindən kabel sallayır..." | Yanğın baş verən binanın sakinlərindən narazılıq - Baku TV

"Hərə öz evindən kabel sallayır..." | Yanğın baş verən binanın sakinlərindən narazılıq - Baku TV

Hadisə
17 марта 2026 122 просмотров
"Qışqırdım ki, çıxın bayıra..." | Tovuzda qorxunc partlayış: Ailə dəhşət yaşadı - Baku TV

"Qışqırdım ki, çıxın bayıra..." | Tovuzda qorxunc partlayış: Ailə dəhşət yaşadı - Baku TV

Hadisə
17 марта 2026 122 просмотров
Xətaidəki yanğın barədə FHN-dən açıqlama | 13 nəfər... - Baku TV

Xətaidəki yanğın barədə FHN-dən açıqlama | 13 nəfər... - Baku TV

Hadisə
17 марта 2026 122 просмотров
Xətaidə binada yanğın başladı | Hadisə yerindən bağlantı - Baku TV CANLI

Xətaidə binada yanğın başladı | Hadisə yerindən bağlantı - Baku TV CANLI

Hadisə
17 марта 2026 122 просмотров
Xətaidəki yanan binadan sakinlər belə təxliyə edildi - Baku TV

Xətaidəki yanan binadan sakinlər belə təxliyə edildi - Baku TV

Hadisə
17 марта 2026 122 просмотров
Выбранные
icon