Toqquşan avtomobillər əzik-əzik oldu | Yaralıların durumu açıqlandı
Sabunçu rayonu, Balaxanı yolu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Sabunçu Tibb Mərkəzindən bildirilib ki, aprelin 30-u saat 20:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 44 yaşlı (kişi cinsli) şəxs, 41 yaşlı (qadın cinsli) şəxs və 60 yaşlı (qadın cinsli) şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.
1965-ci il təvəllüdlü şəxsə müştərək travma, 1984-cü il şəxs alt çənə sümüyünün travması təyin edilib və Travmatologiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabil qiymətləndirilir.
1981-ci il təvəllüdlü şəxs isə sol bud sümüyünün sınığı və yanaşı diaqnozlar təyin edilib və Cərrahi profilli Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir", – deyə məlumatda bildirilir.
