2025-ci ildə sənaye zonalarında istehsal nə qədər artıb? - Baku TV
"Hazırda Azərbaycanın sənaye sonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac olunur".
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Sənaye zonaları Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatında strateji əhəmiyyətini artırıb. Ötən il qeyri-neft-qaz sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1%, qeyri-neft-qaz ixracında isə 33,9% təşkil edib. Bu göstəricilər sənaye zonalarının qeyri-neft-qaz iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir", – deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, ötən il sənaye zonalarında istehsalın ümumi dəyəri əvvəlki illə müqayisədə 21,1%, ixracın dəyəri isə 13,4% çox olub.
