Выбрать плеер:

Neftdə artım, yoxsa azalma? | Dövlət Statistika Komitəsi məlumat yaydı - Baku TV

21 февраля 2026 641 просмотров

Bu ilin yanvarında Azərbaycanda 193,4 min ton dizel yanacağı istehsal edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 14,4% azdır.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 398,3 milyon manat olmaqla, əvvəlki ilin yanvarı ilə müqayisədə 16,4% azalıb.

Ötən ay Azərbaycanda 5,8 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin ilk ayı ilə müqayisədə 67,8% azdır.

Yanvar ayı ərzində Azərbaycanda 114,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% azdır. Hesabat dövründə 2,3 min ton sürtkü yağları, 6,9 min ton neft bitumu istehsal edilib.

Ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 32,4%, neft bitumunun istehsalı isə 65,8% azalıb. Həmçinin hesabat ayında ölkədə 16,8 min ton maye qazlar, 47,5 min ton ağ neft, 19,2 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 9,1% artıb, ağ neftin istehsalı isə 22,6% azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. Zavodun istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Скопировано
2025-ci ildə sənaye zonalarında istehsal nə qədər artıb? - Baku TV

2025-ci ildə sənaye zonalarında istehsal nə qədər artıb? - Baku TV

İqtisadiyyat
24 февраля 2026 641 просмотров
“Sənaye zonalarında...” | Sahibkarlar layihələrə 7 milyard manat investisiya ediblər

“Sənaye zonalarında...” | Sahibkarlar layihələrə 7 milyard manat investisiya ediblər

İqtisadiyyat
24 февраля 2026 641 просмотров
İqtisadi Zonaların İnkişafı Agentliyinin illik fəaliyyəti və qarşıdakı hədəflər - Baku TV CANLI

İqtisadi Zonaların İnkişafı Agentliyinin illik fəaliyyəti və qarşıdakı hədəflər - Baku TV CANLI

İqtisadiyyat
24 февраля 2026 641 просмотров
Tədbirdə SOCAR-ın 300-ə yaxın rəhbər heyəti iştirak edib - Baku TV

Tədbirdə SOCAR-ın 300-ə yaxın rəhbər heyəti iştirak edib - Baku TV

İqtisadiyyat
24 февраля 2026 641 просмотров
SOCAR-da beynəlxalq əmək normalarının tətbiqi | Görüşdə nələr müzakirə edildi? - Baku TV

SOCAR-da beynəlxalq əmək normalarının tətbiqi | Görüşdə nələr müzakirə edildi? - Baku TV

İqtisadiyyat
23 февраля 2026 641 просмотров
Ucuzlaşma nələrin göstəricisidir?

Ucuzlaşma nələrin göstəricisidir?

İqtisadiyyat
22 февраля 2026 641 просмотров
Statistika açıqlandı | Keçən ilə nisbətən neçə faiz dəyişiklik var? - Baku TV

Statistika açıqlandı | Keçən ilə nisbətən neçə faiz dəyişiklik var? - Baku TV

İqtisadiyyat
22 февраля 2026 641 просмотров
"Fitch Solutions" zavodla bağlı hesabat yaydı - Baku TV

"Fitch Solutions" zavodla bağlı hesabat yaydı - Baku TV

İqtisadiyyat
21 февраля 2026 641 просмотров
SOCAR-la saziş imzalayan şirkət planlarını açıqlayıb - Baku TV

SOCAR-la saziş imzalayan şirkət planlarını açıqlayıb - Baku TV

İqtisadiyyat
21 февраля 2026 641 просмотров
Tbilisidə SOCAR-dan elektrikli avtomobillər üçün yeni layihə - Baku TV

Tbilisidə SOCAR-dan elektrikli avtomobillər üçün yeni layihə - Baku TV

İqtisadiyyat
21 февраля 2026 641 просмотров
Выбранные
icon