Выбрать плеер:
Dövlət investisiyaları hansı hallarda ala bilər? - Dəyişiklik hansı sahələri əhatə edəcək? - Baku TV
Azərbaycanda "İnvestisiya fəaliyyəti haqqında" Qanuna dəyişiklik edilməsi nəzərdə tutulub.
Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir.
Belə ki, strateji əhəmiyyətə malik investisiyalar Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vurduqda və ya ölkənin milli maraqlarına zidd olduqda bu halların qarşısını almaq məqsədilə belə sərmayələri dövlət alacaq.
Qeyd olunan proses əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçiriləcək.
Maraqlıdır, bəs dəyişiklik hansı sahələrdəki investisiyaları əhatə edə bilər?
Скопировано
