Выбрать плеер:
Artıma ən çox təsir edən əsas sahələr hansılardır? | Ekspertlərdən açıqlama - Baku TV
İqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya və AZƏRTAC-a müsahibəsində bildirib ki, 2026-cı ilin dörd ayında artım templərinin gözləntilərdən nisbətən aşağı olması əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin vaxtlarının dəyişdirilməsi ilə bağlıdır.
İcra edilməli olan bir sıra dövlət investisiyalarından qaynaqlanan tikinti fəaliyyəti növbəti mərhələdə həyata keçiriləcək.
Nazir vurğulayıb ki, bu baxımdan tikinti sektorunda kəskin azalma müşahidə edilir və bu da daha çox özəl tikinti ilə deyil, dövlət tikintisi ilə bağlıdır.
Bəs ümumiyyətlə, Azərbaycanda iqtisadi artıma ən çox təsir edən sahələr hansılardır?
Скопировано
