“Azərbaycan regional və beynəlxalq halal bazarları birləşdirən körpüdür” | Orxan Məmmədov - Baku TV
“Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və beynəlxalq bazarları birləşdirən körpü rolunu oynayır”.
Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Azərbaycan Halal Biznes Forumunun (AZHAB Forum) xüsusi sessiyasında çıxışı zamanı deyib.
“Sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması və innovasiyaların təşviqi istiqamətində həyata keçirilən islahatlar sayəsində ölkəmiz halal yönümlü biznes və investisiyalar üçün əlverişli şərait yaradır. Halal iqtisadiyyatın gələcəyi yalnız bazarların böyüməsi ilə deyil, həm də tərəfdaşlıqların gücü ilə müəyyən olunacaq”, – deyə o qeyd edib.
