Выбрать плеер:

SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb - Baku TV

17 июня 2026 65 просмотров

"Ortamüddətli perspektivdə Azərbaycan öz enerji portfelini aşağı karbonlu molekullarla – "yaşıl hidrogen" və "yaşıl ammonyak"la tamamlamağı nəzərdə tutur".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunmuş Azərbaycanın investisiya perspektivləri üzrə forumda çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payı Azərbaycanın strategiyasına uyğun olaraq 30 % təşkil etməlidir:

"Hazırda qeydə aldığımız bütün irəliləyişlərə və layihələrin icra statusu haqqında bütün aktual məlumatlara əsaslanaraq, belə bir təəssürat yaranır ki, biz faktiki olaraq bu hədəf göstəricisini üstələyəcəyik. Söhbət artıq 34%-dən, ehtimal ki, 38%-ə qədər olan diapazondan gedir. Azərbaycan etibarlı neft və qaz ixracatçısı rolundan imtina etmək niyyətində deyil. Biz sadəcə mövcud əsasın üzərində yeni elementlər qururuq. Bizim üçün bu, ideoloji transformasiya deyil. Bu bir iqtisadi imkandır.

Məsələ burasındadır ki, biz bərpaolunan enerji üzrə nə qədər çox güc və obyektləri istismara versək, eləcə də inşa etsək, bir o qədər çox təbii qazı sərbəstləşdirə bilərik. Eyni zamanda onu həm regional, həm də Avropa bazarlarına bir o qədər çox yönəldə bilərik. Bundan əlavə, biz sizin tərəfinizdən əlavə maliyyə dəstəyinə ümid edirik".

Скопировано
"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

İqtisadiyyat
18 июня 2026 65 просмотров
Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

İqtisadiyyat
18 июня 2026 65 просмотров
Özəl Sektor Forumu keçirilib | Azərbaycanla yeni əməkdaşlıq sənədləri imzalanıb - Baku TV

Özəl Sektor Forumu keçirilib | Azərbaycanla yeni əməkdaşlıq sənədləri imzalanıb - Baku TV

İqtisadiyyat
18 июня 2026 65 просмотров
"Bununla maliyyə sistemimizi daha da şaxələndirəcəyik" | Mərkəzi Bankın sədrindən açıqlama - Baku TV

"Bununla maliyyə sistemimizi daha da şaxələndirəcəyik" | Mərkəzi Bankın sədrindən açıqlama - Baku TV

İqtisadiyyat
17 июня 2026 65 просмотров
"Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb" | Əli Əsədov - Baku TV

"Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb" | Əli Əsədov - Baku TV

İqtisadiyyat
17 июня 2026 65 просмотров
"Burada 4,7 mlrd. dollarlıq sazişlərin imzalanmasına şahid olacağıq" | Mikayıl Cabbarov - Baku TV

"Burada 4,7 mlrd. dollarlıq sazişlərin imzalanmasına şahid olacağıq" | Mikayıl Cabbarov - Baku TV

İqtisadiyyat
17 июня 2026 65 просмотров
"Əsas strateji məqsədlərimizdən biri..." | İqtisadiyyat naziri açıqlama verdi - Baku TV

"Əsas strateji məqsədlərimizdən biri..." | İqtisadiyyat naziri açıqlama verdi - Baku TV

İqtisadiyyat
17 июня 2026 65 просмотров
İslam İnkişaf Bankı Qrupunun 51-ci illik toplantıları | Bir sıra forumlar baş tutdu - Baku TV

İslam İnkişaf Bankı Qrupunun 51-ci illik toplantıları | Bir sıra forumlar baş tutdu - Baku TV

İqtisadiyyat
16 июня 2026 65 просмотров
Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasının əhəmiyyətindən danışdı - Baku TV

Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasının əhəmiyyətindən danışdı - Baku TV

İqtisadiyyat
16 июня 2026 65 просмотров
“Azərbaycan regional və beynəlxalq halal bazarları birləşdirən körpüdür” | Orxan Məmmədov - Baku TV

“Azərbaycan regional və beynəlxalq halal bazarları birləşdirən körpüdür” | Orxan Məmmədov - Baku TV

İqtisadiyyat
16 июня 2026 65 просмотров
Выбранные
icon