Выбрать плеер:

Neft bazarında ucuzlaşmanın səbəbi | Gözləntilər niyə səhv çıxdı? - Baku TV

12 июня 2026 115 просмотров

Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması enerji qiymətlərini gündəmə gətirib.

Ancaq reallıq budur ki, baş verən proseslər neft bazarında qiymətlərin artmasına səbəb olmaq əvəzinə ucuzlaşma ilə nəticələnib.

Məsələn, "Brent" markalı neftin bir barelinin qiyməti iyunun 3-də 97,81 ABŞ dolları olduğu halda ayın 11-də bu göstərici 93,66 dollara enib.

İqtisadçı Xalid Kərimli bildirib ki, geosiyasi risklər artıq çoxdan yüksəlib və bazar mövcud şəraitə adaptasiya olunub:

"Əvvəlki 55–60 dollarlıq qiymət çərçivəsində risk elementləri az idi. Amma indiki 95–100 dollarlıq qiymətlərin tərkibində bu geosiyasi risklər və gərginliklər artıq öz əksini tapdığı üçün hər yeni xəbərin təsiri daha az olur. Eyni zamanda bazarlar əvvəlki kimi kəskin emosional reaksiya vermir, gələn xəbərlərin davamını da izləyirlər. Çünki bir çox bəyanatlar bəzən sırf bazarlarla oynamaq məqsədi daşıyır və yaxud hansısa ritorikanın tərkib hissəsi kimi istifadə edilir. Hərbi aktlar isə qısamüddətli olur və bir neçə saata yekunlaşır. Bu baxımdan əvvəlki gərginlik və qeyri-müəyyənlik bir qədər azalıb".

Xalid Kərimli əlavə edib ki, həmçinin qlobal iqtisadi artımın səngiməsi neftə tələbatın azalmasına, qiymətlərin enməsinə gətirib çıxarır. Bundan başqa, müxtəlif istiqamətlərdə çətinliklərin aradan qaldırılması fonunda qlobal neft təklifinin kəskin azalmaması da qiymətin artmasına imkan vermir. 

Скопировано
"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

İqtisadiyyat
18 июня 2026 115 просмотров
Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

İqtisadiyyat
18 июня 2026 115 просмотров
Özəl Sektor Forumu keçirilib | Azərbaycanla yeni əməkdaşlıq sənədləri imzalanıb - Baku TV

Özəl Sektor Forumu keçirilib | Azərbaycanla yeni əməkdaşlıq sənədləri imzalanıb - Baku TV

İqtisadiyyat
18 июня 2026 115 просмотров
"Bununla maliyyə sistemimizi daha da şaxələndirəcəyik" | Mərkəzi Bankın sədrindən açıqlama - Baku TV

"Bununla maliyyə sistemimizi daha da şaxələndirəcəyik" | Mərkəzi Bankın sədrindən açıqlama - Baku TV

İqtisadiyyat
17 июня 2026 115 просмотров
"Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb" | Əli Əsədov - Baku TV

"Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb" | Əli Əsədov - Baku TV

İqtisadiyyat
17 июня 2026 115 просмотров
"Burada 4,7 mlrd. dollarlıq sazişlərin imzalanmasına şahid olacağıq" | Mikayıl Cabbarov - Baku TV

"Burada 4,7 mlrd. dollarlıq sazişlərin imzalanmasına şahid olacağıq" | Mikayıl Cabbarov - Baku TV

İqtisadiyyat
17 июня 2026 115 просмотров
"Əsas strateji məqsədlərimizdən biri..." | İqtisadiyyat naziri açıqlama verdi - Baku TV

"Əsas strateji məqsədlərimizdən biri..." | İqtisadiyyat naziri açıqlama verdi - Baku TV

İqtisadiyyat
17 июня 2026 115 просмотров
SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb - Baku TV

SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb - Baku TV

İqtisadiyyat
17 июня 2026 115 просмотров
İslam İnkişaf Bankı Qrupunun 51-ci illik toplantıları | Bir sıra forumlar baş tutdu - Baku TV

İslam İnkişaf Bankı Qrupunun 51-ci illik toplantıları | Bir sıra forumlar baş tutdu - Baku TV

İqtisadiyyat
16 июня 2026 115 просмотров
Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasının əhəmiyyətindən danışdı - Baku TV

Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasının əhəmiyyətindən danışdı - Baku TV

İqtisadiyyat
16 июня 2026 115 просмотров
Выбранные
icon