Выбрать плеер:

“Artıq onları manata çevirirlər” | Xarici valyutanın satışı alışını üstələdi - Baku TV

09 апреля 2026 120 просмотров

2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib. Başqa sözlə, əhali xarici valyutanı almaqdansa, satmağa üstünlük verib.

Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, ölkədə qeydiyyatda olan fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son bir ildə 2,8 faiz bəndi azalaraq, 2026-cı ilin fevralında 27,7 faizə enib.

Qeyd edək ki, əmanətlərin dedollarlaşması xeyli müddətdir davam etsə də, əhalinin xarici valyuta satışının alışını üstələməsi 2025-ci ildən başlayıb.

Maraqlıdır, bəs əhalinin xarici valyutaya marağının azalmasının arxasında hansı amillər dayanır?

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bunun əsas səbəbi ölkədə manatın sabit qalacağına dair formalaşmış müsbət gözləntilərdir.

X.Kərimli bildirir ki, yalnız dollar satışında deyil, eyni zamanda depozitlərin strukturunda da xarici valyutanın xüsusi çəkisinin azalması müşahidə olunur: “Əhali artıq dollar alaraq depozit yerləşdirməyə üstünlük vermir, daha çox vəsaitini manatla banklarda saxlayır”.

Qeyd edək ki, milli valyutanın ABŞ dollarına nəzərən məzənnəsi 2018-ci il martın 7-dən 1 manat 70 qəpik təşkil edir. Ötən dövrdə neft gəlirlərinin azalmasına, hətta 2020-ci ildə enerji qiymətlərinin qısamüddətli də olsa kəskin enməsinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi saxlanılır. Eyni zamanda, milli valyutada olan əmanətlərdən əldə olunan gəlirlərə vergi güzəştləri tətbiq edilir. Məqsəd əhalini vəsaitlərini xarici valyutada saxlamaqdansa, banklarda manatla yerləşdirməyə sövq etməkdir. Həmçinin sığortalanan əmanət faizləri xarici valyuta üzrə 2,5 faizədək olsa da, milli valyutada 12 faiz təşkil edir.

İqtisadçı Eldəniz Əmirov isə əhali tərəfindən nağd valyuta satışının alışından çox olmasını həm də əvvəlki dövrdə alınan vəsaitlərlə izah edir. Onun sözlərinə görə, mövcud inflyasiya və makroiqtisadi şərait fonunda vətəndaşlar saxladıqları xarici valyutanı tədricən manata çevirərək istifadə etməyə başlayıblar.

Ancaq istənilən halda əhalinin valyuta satışının alışından çox olması milli valyutanın məzənnəsi ilə bağlı gözləntilərinin nikbinliyinin göstəricisi olmaqla yanaşı, məzənnənin sabitliyinə xidmət edir.

Скопировано
Neft-qaz sektorundakı müəssisələr vergi ödəyiciləri sırasında niyə öndədir? - Baku TV

Neft-qaz sektorundakı müəssisələr vergi ödəyiciləri sırasında niyə öndədir? - Baku TV

İqtisadiyyat
10 апреля 2026 120 просмотров
SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib - Baku TV

SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib - Baku TV

İqtisadiyyat
10 апреля 2026 120 просмотров
SOCAR ITOCHU Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - Baku TV

SOCAR ITOCHU Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - Baku TV

İqtisadiyyat
10 апреля 2026 120 просмотров
Neft bazarını silkələyən proses | Qiymətlərin aqibətini nə həll edəcək? - Baku TV

Neft bazarını silkələyən proses | Qiymətlərin aqibətini nə həll edəcək? - Baku TV

İqtisadiyyat
09 апреля 2026 120 просмотров
Neftlə bağlı bu proqnoz kimlərin xeyrinə olacaq?

Neftlə bağlı bu proqnoz kimlərin xeyrinə olacaq?

İqtisadiyyat
09 апреля 2026 120 просмотров
SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Laçında vətəndaşları qəbul edəcək - Baku TV

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Laçında vətəndaşları qəbul edəcək - Baku TV

İqtisadiyyat
09 апреля 2026 120 просмотров
Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Baku TV

Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Baku TV

İqtisadiyyat
09 апреля 2026 120 просмотров
Regionda ilk dəfə... | Naxçıvanın enerji sistemi beynəlxalq standartlara uyğunlaşdırılır - Baku TV

Regionda ilk dəfə... | Naxçıvanın enerji sistemi beynəlxalq standartlara uyğunlaşdırılır - Baku TV

İqtisadiyyat
08 апреля 2026 120 просмотров
SOCAR-ın prezidenti iclasda təqdimatla çıxış etdi | Nələr müzakirə edildi? - Baku TV

SOCAR-ın prezidenti iclasda təqdimatla çıxış etdi | Nələr müzakirə edildi? - Baku TV

İqtisadiyyat
08 апреля 2026 120 просмотров
Qeyri-neft sektoru üzrə ixracatçı subyektlərin reytinqi açıqlandı - Baku TV

Qeyri-neft sektoru üzrə ixracatçı subyektlərin reytinqi açıqlandı - Baku TV

İqtisadiyyat
07 апреля 2026 120 просмотров
Выбранные
icon