Выбрать плеер:

Regionda ilk dəfə... | Naxçıvanın enerji sistemi beynəlxalq standartlara uyğunlaşdırılır - Baku TV

08 апреля 2026 87 просмотров

“AzərEnerji” Naxçıvan Muxtar Respublikasında enerji infrastrukturunu köklü şəkildə yeniləyir, rəqəmsal və intellektual idarəetməyə əsaslanan müasir enerji sistemi qurur.

Layihə çərçivəsində regionun enerji təchizatında mühüm rol oynayan 110 kilovoltluq “Naxçıvan”, 154 kilovoltluq “Babək” və 110 kilovoltluq “Çeşməbasar” yarımstansiyaları tam yenidən tikilir və işlər yekun mərhələyə çatıb.

Xüsusilə “Naxçıvan” yarımstansiyası regionda ilk qapalı tipli yarımstansiya olaraq inşa edilir ki, bu da təhlükəsizlik və operativ idarəetməni əhəmiyyətli dərəcədə artıracaq.

Eyni zamanda “AzərEnerji” tərəfindən Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir, mövcud stansiya və yarımstansiyalar vahid SCADA şəbəkəsinə inteqrasiya olunacaq. Bu yeniliklər enerji şəbəkəsinin məsafədən operativ və tam rəqəmsal idarə olunmasını təmin edəcək.

Ötürücü şəbəkə də mərhələli şəkildə yenilənir. Ötən əsrin 50-ci illərindən qalan 110 kilovoltluq hava xətləri müasir ötürmə xətləri ilə əvəz edilir.

İlkin mərhələdə ümumi uzunluğu 69 kilometr olan “Culfa”, “Ordubad-1” və “Ordubad-2” elektrik verilişi xətləri ikidövrəli olmaqla yenidən qurulub. Bundan əlavə, yaşayış ərazilərindən keçən bəzi hava xətlərinin 5,2 kilometrlik hissəsi müasir şəhər üslubuna uyğun olaraq yeraltı kabel xətləri ilə əvəz olunur.

Naxçıvanın ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində də işlər sürətlə davam edir. Bu çərçivədə Cəbrayıldan başlayaraq, ikidövrəli olmaqla 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur.

Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 kilometr məsafədə əlavə ötürmə xətti inşa ediləcək. Bununla da Naxçıvanın beynəlxalq enerji dəhlizində strateji mövqeyi ən yüksək səviyyəyə çatdırılacaq.

Скопировано
Neft-qaz sektorundakı müəssisələr vergi ödəyiciləri sırasında niyə öndədir? - Baku TV

Neft-qaz sektorundakı müəssisələr vergi ödəyiciləri sırasında niyə öndədir? - Baku TV

İqtisadiyyat
10 апреля 2026 87 просмотров
SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib - Baku TV

SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib - Baku TV

İqtisadiyyat
10 апреля 2026 87 просмотров
SOCAR ITOCHU Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - Baku TV

SOCAR ITOCHU Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - Baku TV

İqtisadiyyat
10 апреля 2026 87 просмотров
Neft bazarını silkələyən proses | Qiymətlərin aqibətini nə həll edəcək? - Baku TV

Neft bazarını silkələyən proses | Qiymətlərin aqibətini nə həll edəcək? - Baku TV

İqtisadiyyat
09 апреля 2026 87 просмотров
Neftlə bağlı bu proqnoz kimlərin xeyrinə olacaq?

Neftlə bağlı bu proqnoz kimlərin xeyrinə olacaq?

İqtisadiyyat
09 апреля 2026 87 просмотров
SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Laçında vətəndaşları qəbul edəcək - Baku TV

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Laçında vətəndaşları qəbul edəcək - Baku TV

İqtisadiyyat
09 апреля 2026 87 просмотров
Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Baku TV

Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Baku TV

İqtisadiyyat
09 апреля 2026 87 просмотров
“Artıq onları manata çevirirlər” | Xarici valyutanın satışı alışını üstələdi - Baku TV

“Artıq onları manata çevirirlər” | Xarici valyutanın satışı alışını üstələdi - Baku TV

İqtisadiyyat
09 апреля 2026 87 просмотров
SOCAR-ın prezidenti iclasda təqdimatla çıxış etdi | Nələr müzakirə edildi? - Baku TV

SOCAR-ın prezidenti iclasda təqdimatla çıxış etdi | Nələr müzakirə edildi? - Baku TV

İqtisadiyyat
08 апреля 2026 87 просмотров
Qeyri-neft sektoru üzrə ixracatçı subyektlərin reytinqi açıqlandı - Baku TV

Qeyri-neft sektoru üzrə ixracatçı subyektlərin reytinqi açıqlandı - Baku TV

İqtisadiyyat
07 апреля 2026 87 просмотров
Выбранные
icon