SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib - Baku TV
Aprelin 9 da Özbəkistanda səfərdə olan SOCAR-ın vitse-prezidenti Arzu Cavadova “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Abdugani Sanginovla görüşüb.
Görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığına uyğun olaraq şirkətlər arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub.
Tərəflər əlaqələrin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müzakirələr aparıblar.
Söhbət zamanı “Üstyurt” kəşfiyyat sahəsində geoloji kəşfiyyat üzrə birgə layihənin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Özbəkistandakı “Üstyurt” kəşfiyyat sahəsi SOCAR və “Özbəkneftqaz” tərəfindən birgə işlənilən potensiallı neft-qaz regionudur. 2025-ci ilin iyulunda imzalanan sazişlə burada 3D seysmik kəşfiyyat və quyu qazılması nəzərdə tutulur. Proqnozlara görə, bölgədə 100 milyon tondan çox neft və 35 milyard kubmetrdən çox təbii qaz ehtiyatı ola bilər.
