Выбрать плеер:
SOCAR-ın prezidenti iclasda təqdimatla çıxış etdi | Nələr müzakirə edildi? - Baku TV
Aprelin 7-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, inkişaf perspektivləri, uzunmüddətli dövrdə neft məhsullarına ölkədaxili tələbatın dayanıqlı təmin edilməsi və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Скопировано
