Выбрать плеер:

Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri davam etdirəcək | Erməni deputat - Baku TV

23 декабря 2025 36 просмотров

“Azərbaycandan Ermənistana cəmi 1,5 milyon dollarlıq benzinin idxal olunması ölkəmizdə bəzi insanlarda təəccüb və etiraz yaradıb, deyirlər ki, guya düşmən ölkənin büdcəsini doldururuq, düşmən ordunu gücləndiririk və sairə”.

Bunu Ermənistan parlamentinin İqtisadi Məsələlər üzrə Komitəsinin sədr müavini Babken Tunyan bildirib.

Deputat etirazlara baxmayaraq, Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri davam etdirəcəyini söyləyib:

“Maraqlıdır, bu insanlar aydan eniblər, bilmirlər ki, onların “düşmən” dedikləri başqa bir ölkədən – Türkiyədən son 30 il ərzində Ermənistana idxal olunmuş məhsulların həcmi yüzlərlə dəfə çox olub?! Son 20 ildə, 2006-cı ildən bu ilin oktyabrına qədər Türkiyədən Ermənistana ümumilikdə 4,3 milyard dollardan çox məhsul idxal edilib: geyim, geyim aksesuarları, avadanlıqlar, ehtiyat hissələri, tikinti materialları...

Çox maraqlıdır ki, türk bayrağı yandıran, hökumətdə təmsil olunmuş, vətənpərvərliyə çağırış edən keçmiş məmurlar və onların yaxın çevrəsi bunlardan xəbərsiz idimi, yoxsa Türkiyəni dost ölkə hesab edirdilər?

Deyirlər ki, guya Azərbaycan benzini almayacaqlar, Azərbaycan ərazisindən keçən buğdadan hazırlanmış çörək yeməyəcəklər. Nə alıb-almamaq sizin haqqınızdır, amma bundan əvvəl özünüz və yaxınlarınızın geyimini yoxlayın, bəlkə türk istehsalıdır və ya türk parçasından tikilib, təsadüfən tezislərinizlə ziddiyyət yaratmasın.

Ermənistan qonşu ölkələrlə münasibətlərin normallaşdırılması prosesini davam və iqtisadi əlaqələrini inkişaf etdirəcək”.

ƏDV ilə bağlı dəyişiklik | Qiymətlər aşağı düşə bilər? - Baku TV

ƏDV ilə bağlı dəyişiklik | Qiymətlər aşağı düşə bilər? - Baku TV

İqtisadiyyat
23 декабря 2025 36 просмотров
“Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov

“Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov

İqtisadiyyat
22 декабря 2025 36 просмотров
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV

İqtisadiyyat
21 декабря 2025 36 просмотров
Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

İqtisadiyyat
20 декабря 2025 36 просмотров
Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

İqtisadiyyat
20 декабря 2025 36 просмотров
“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

İqtisadiyyat
19 декабря 2025 36 просмотров
11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

İqtisadiyyat
19 декабря 2025 36 просмотров
Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

İqtisadiyyat
18 декабря 2025 36 просмотров
2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

İqtisadiyyat
18 декабря 2025 36 просмотров
Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

İqtisadiyyat
18 декабря 2025 36 просмотров
Выбранные
icon