Выбрать плеер:

ƏDV ilə bağlı dəyişiklik | Qiymətlər aşağı düşə bilər? - Baku TV

23 декабря 2025 42 просмотров

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə əlavə dəyər vergisinin qeydiyyat limitinin 200 min manatdan 400 min manatadək artırılması nəzərdə tutulur.

Belə ki, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Qeyd edək ki, əlavə dəyər vergisi satılan məhsul və xidmətin üzərinə əlavə olunmaqla istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan ƏDV ilə bağlı limitin artırılması bir çox sahibkarlıq subyektini bu verginin əhatə dairəsindən çıxmasına, məhsul və xidmətlərin satışına əlavə dəyər vergisini tətbiq etməməyə gətirib çıxaracaq.

Maraqlıdır, bəs qeyd edilən məqam qiymətlərin enməsinə səbəb ola bilər?

Millət vəkili Vüqar Bayramov bildirib ki, vergi yükünün azalması sahibkarların xərclərinə birbaşa təsir göstərəcək:

“Vergi dərəcəsinin azalması sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq. Xərclərin azalması isə məhsul və xidmətlərin daha ucuz qiymətə təklif olunması üçün zəmin yarada bilər. Lakin qiymətlərin enib-enməməsi sahibkarların qərarlarından asılı olacaq”.

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, məhsul və xidmətlərə əlavə dəyər vergisinin tətbiq olunmaması qiymətlərin enməsinə səbəb olmayacaq:

“Bu tip vergi güzəştləri qiymətlərin kəskin aşağı düşməsinə ciddi təsir göstərməyəcək. Amma qiymətlərin sabit saxlanılmasına və gələcək aylarda zəruri artım meyllərinin azalmasına dəstək ola bilər”.

Ekspertin fikrincə, yenilik daha çox nağdsız ödənişlərin artmasına gətirib çıxaracaq. Bu da dövriyyələrin şəffaflaşmasına, iqtisadiyyatın ağardılmasına xidmət edəcək.

Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri davam etdirəcək | Erməni deputat - Baku TV

Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri davam etdirəcək | Erməni deputat - Baku TV

İqtisadiyyat
23 декабря 2025 42 просмотров
“Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov

“Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov

İqtisadiyyat
22 декабря 2025 42 просмотров
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV

İqtisadiyyat
21 декабря 2025 42 просмотров
Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

İqtisadiyyat
20 декабря 2025 42 просмотров
Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

İqtisadiyyat
20 декабря 2025 42 просмотров
“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

İqtisadiyyat
19 декабря 2025 42 просмотров
11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

İqtisadiyyat
19 декабря 2025 42 просмотров
Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

İqtisadiyyat
18 декабря 2025 42 просмотров
2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

İqtisadiyyat
18 декабря 2025 42 просмотров
Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

İqtisadiyyat
18 декабря 2025 42 просмотров
Выбранные
icon