Kənd təsərrüfatı üzrə subsidiyalarla bağlı müzakirə yaradan məsələlər - Baku TV
Rəsmi məlumata görə, təkcə 2025-ci ildə kənd təsərrüfatı sahəsinə subsidiyaların verilməsinə 280 milyon manat yönəldilib. Ümumilikdə hər il 400 mindən çox fermerə subsidiya ödənilir. Bununla belə, verilən subsidiyaların nə dərəcədə effektiv olması tez-tez müzakirə olunan məsələlərdəndir. Bu mövzuya hətta Maliyyə Nazirliyinin 2025-ci ildə açıqladığı müvafiq sənəddə də yer verilib.
Bildirilib ki, hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub. Həmçinin istifadə edilmiş subsidiyanın məbləğinə uyğun məhsul istehsal edilməyib.
Belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə tərəvəz əkinləri üçün verilən subsidiyanın məbləği 42,3 % çox olsa da, məhsul istehsalı cəmi 0,7 % artıb. Kartof əkini üçün subsidiyanın məbləği 8,2 % artsa da, məhsul istehsalı, əksinə, 8,2 % azalıb. Həmçinin üzüm əkini üçün ayrılan vəsaitin 1,9 % olmasına baxmayaraq, məhsul istehsalı 8,6 % azalıb. Bu dövrdə eyni zamanda çay əkini üçün verilən subsidiya 61,7 %, giləmeyvələr üçün isə 22,1 % qaldırıldığı halda, istehsalda artım müşahidə olunmayıb. Həmçinin hər sağlam buzova və balağa görə 100 manat məbləğində subsidiyanın ayrılmasına baxmayaraq, son illərdə, eləcə də 2024-cü ildə iribuynuzlu mal-qaranın sayı azalıb.
İqtisadçı Xalid Kərimli bildirib ki, mövcud subsidiya sistemi kənd təsərrüfatında inkişafa və məhsuldarlığın artımına xidmət etmir, sadəcə, fermerin xərclərinin bir hissəsini kompensasiya edir:
“Bu səbəbdən sistemdə ciddi islahatlara ehtiyac var. Son dövrlər şəffaflıq istiqamətində müsbət addımlar atılsa da, əsas hədəf subsidiyaların effektivliyini təmin etmək və onları daha perspektivli sahələrə yönəltmək olmalıdır”.
Тег #Kənd təsərrüfatı sahəsi используется
- Kənd təsərrüfatı istehsalında dinamika niyə qaneedici deyil? - Baku TV
- Şəhərdən kəndə dönüş mümkündürmü: yeni proqramın ən böyük sosial hədəfi - AKTUAL GÜNDƏM
- Müşavirədə su təchizatı sahəsində görülən tədbirlər açıqlanıb - Baku TV
- Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik | İlham Əliyev - Baku TV
- Müşavirədə torpaqlardan səmərəli istifadənin vacibliyi vurğulanıb - Baku TV
