Maliyyə Nazirliyində borclanmaya gedilməsinin səbəbi nədir? - Büdcədə profisit olsa da... - Baku TV
Dövlət büdcəsində ilin 7 ayı üzrə 3,4 milyard manat profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi borclanmaya gedir. Bu dövrdə büdcənin gəlirləri proqnozu 855,9 milyon manat və ya 3,8 % üstələyib.
Nazirlik isə daxili borclanma məqsədilə istiqraz buraxıb. Belə ki, sentyabrın 1-də Bakı Fond Birjasında tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracda 200 milyon manatlıq ilkin buraxılış həcmi nəzərə alınsa da, investorlar tərəfindən təqdim edilən sifarişlərin ümumi məbləği 499,2 milyon manat təşkil edib. Bunun 345,9 milyon manatlıq hissəsi təmin olunub.
Başqa sözlə, Maliyyə Nazirliyi bu hərracda sözügedən məbləğdə borc alıb.
Maraqlıdır, büdcədə gəlirlərin xərcləri 3,4 milyard manat üstələdiyi halda borclanma nə ilə bağlıdır?
