Mürəkkəb quyuların qazılması üçün ilk dəfə "MudLink" texnologiyasından istifadə ediləcək - Baku TV
"Enersol Energy Solutions" şirkətinin portfel şirkəti olan "Gordon Technologies" MMC ilk dəfə SOCAR üçün Birləşmiş Ərəb Əmirliklərində istehsal olunan "MudLink" texnologiyasını – qazma zamanı ölçmə sistemlərini tədarük edib.
"Report"un məlumatına görə, şirkət SOCAR ilə birlikdə Azərbaycanda sahə sınaqlarını uğurla keçirib, texniki məsələləri həll edib, konfiqurasiyaları optimallaşdırıb və real istismar şəraitində MWD sistemlərinin etibarlılığını və səmərəliliyini nümayiş etdirib.
"MudLink" platforması qazmanın səmərəliliyini artırmaq, əməliyyat xərclərini azaltmaq və mürəkkəb quyularla iş zamanı məlumatlar əsasında qərarların qəbulunu dəstəkləmək üçün nəzərdə tutulub.
Xəzər regionunda yeni MWD texnologiyalarının tətbiqi daha səmərəli qazma əməliyyatları üçün imkanlar açır, həmçinin regional milli neft şirkətləri ilə qlobal texnologiya innovatorları arasında əməkdaşlığın genişlənməsinə kömək edir.
