"Azəri-Çıraq-Günəşli" blokunun payına nə qədər düşür? - Baku TV
Bu ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda kondensatla birlikdə 6,6 milyon ton neft hasil edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokunun, 900 min tonu “Şahdəniz”in, 100 min tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı 1,7 milyon ton təşkil edib.
“Bu dövrdə birlikdə 5,2 milyon ton neft ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 300 min tonu SOCAR-ın, 100 min tonu isə “Joined Operating Company Absheron Petroleum”un payına düşüb”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, 2025-ci ilin 1-ci rübü ərzində Azərbaycanda kondensatla birlikdə 6,9 milyon ton neft hasil edilib ki, bunun da 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu “Şahdəniz”in, 140 min tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı 1,8 milyon ton təşkil edib. Yanvar-mart ayları ərzində 5,7 milyon ton neft ixraca nəql olunub.
