Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirilib

09 июля 2025 649 просмотров

Baku TV-nin istehsal etdiyi “Söz” qısametrajlı sənədli filminin iyulun 9-da Nizami Kino Mərkəzində təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və özəl qurumların, eləcə də ictimai sektorun nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Film 44 günlük Vətən müharibəsinə həsr olunub və Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsini təsvir edir.

Qeyd edək ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.

“Söz” sənədli filmi beynəlxalq uğurlar da qazanıb. Belə ki, ekran əsəri Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu “Accolade Global Film Competition”da mükafat qazanıb. Film həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.

Təqdimat mərasimində çıxış edən Baku TV-nin direktoru Ramin Cəfərov bildirib ki, “Söz” sənədli filminin beynəlxalq müsabiqələrdə qələbə qazanması Baku TV-nin uğurudur və bu, komandanın zəhmətinin və peşəkarlığının nəticəsidir:

“Qarabağ mövzusunu əhatə edən filmin beynəlxalq səviyyədə tanınması və uğur qazanması Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün növbəti fürsətdir. Bu filmi bizə daha da yaxın edən hekayənin qəhrəmanı olan Ələkbərin Baku TV-nin əməkdaşı olmasıdır. Ekran əsərində qəhrəman müharibəyə qədərki, 44 gün davam edən müharibə zamanı və Zəfərdən sonrakı emosional vəziyyətini öz dilindən təqdim edir. “Söz” filmi Azərbaycan xalqının bu proseslərdəki ümumiləşdirilmiş obrazını əks etdirir”.

Filmin rejissoru Leyli Məhərrəm çıxışında qeyd edib ki, əsas məqsəd Qarabağ həqiqətlərini birbaşa hadisə iştirakçısının dilindən dünyaya çatdırmaq olub və filmin beynəlxalq müsabiqələrdə uğur qazanması bütün komanda üçün böyük fəxrdir.

Təqdimatda çıxış edən tanınmış kinorejissor və kinoşünas Ayaz Salayev də film haqqında müsbət fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən nüfuzlu 25 film festivalından biridir. 21 illik tarixində festivalda dünyanın məhur aktyorları, prodüserləri, rejissorları və ssenaristləri mükafatlandırılıblar. Mükafatçılar arasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi və Erik Roberts kimi məşhur şəxslər var.

Скопировано
Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

Press reliz
05 декабря 2025 649 просмотров
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

Press reliz
19 ноября 2025 649 просмотров
Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
18 ноября 2025 649 просмотров
Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Press reliz
03 ноября 2025 649 просмотров
Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
17 октября 2025 649 просмотров
Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

Press reliz
08 октября 2025 649 просмотров
Dəniz Tacəddin Baku TV-nin “Yeni Bir Səhər” proqramında aparıcı kimi fəaliyyətə başlayıb

Dəniz Tacəddin Baku TV-nin “Yeni Bir Səhər” proqramında aparıcı kimi fəaliyyətə başlayıb

Press reliz
01 октября 2025 649 просмотров
Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu

Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu

Press reliz
23 сентября 2025 649 просмотров
Baku TV-nin əməkdaşı Monblan zirvəsinə qalxdı

Baku TV-nin əməkdaşı Monblan zirvəsinə qalxdı

Press reliz
30 августа 2025 649 просмотров
26 avqust – Azərbaycan televiziyasında tarixi yenilik və fərqli yanaşma!

26 avqust – Azərbaycan televiziyasında tarixi yenilik və fərqli yanaşma!

Press reliz
26 августа 2025 649 просмотров
Выбранные