ABŞ gəmiləri İranın limanlarını bağladı: Yeni zərbələr endiriləcək? - AKTUAL GÜNDƏM
Yaxın Şərqdə gərginlik hərbi-strateji blokada müstəvisinə keçib: ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İranın strateji limanlarını tam nəzarətə götürərək dəniz yollarını bağlayıb. "Baku TV"nin "Aktual Gündəm" proqramında təqdim olunan məlumata görə, Vaşinqton Tehranla yeni saziş əldə olunmayana qədər bu blokadanın davam edəcəyini bəyan edib. Donald Tramp administrasiyası artıq 30-dan çox ticarət gəmisinin geri qaytarıldığını və İranın gündəlik 500 milyon dollar itirdiyini bildirib. Videoda Hörmüz boğazı və Oman körfəzindəki hərbi dislokasiya, mümkün yeni raket zərbələri barədə xəbərdarlıqlar və qlobal enerji bazarlarındakı son durum təhlil edilir. Tehranın bu "müharibə aktı"na cavabı və bölgədəki hərbi eskalasiyanın pərdəarxası məqamları Baku TV-nin xüsusi buraxılışında.
