ABŞ nümayəndə heyəti Ələt limanına baxış keçirib - Baku TV
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub. Səfər çərçivəsində liman rəsmiləri ilə görüş keçirilib və ərazi ilə yaxından tanışlıq baş tutub.
Səfərin məqsədi və ikitərəfli əlaqələrin perspektivləri barədə danışan Emi Karlon bildirib:
“Səfərimizin məqsədi ölkələrimiz arasındakı strateji tərəfdaşlığın necə həyata keçiriləcəyini dəqiq müəyyənləşdirməkdir. Bu tərəfdaşlıq sazişi vitse-prezident Ceyms Devid Vens və Prezident İlham Əliyev tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində biz ABŞ şirkətlərinin qarşılıqlı maraq doğuran layihələrə investisiya qoyması üçün yollar axtarırıq. Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə dünyanın qalan hissəsi ilə birləşdirəcək bu ticarət marşrutunun inkişafını dəstəkləməyə çalışırıq”.
Тег #ABŞ используется
- Vaşinqton Pekinə güzəştə gedir? | Siyasi baxışlarda uyğunluq və ya ziddiyyət - Baku TV
- Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM
- Kreml iqtisadiyyatı canlandırmaq üçün hansı addımları atacaq?
- İran-Pakistan təmasları davam edir: görüşdə nələr müzakirə edilib? - AKTUAL GÜNDƏM
- Pakistanlı feldmarşal danışıqların təşkili üçün Tehrana gedib
