Выбрать плеер:
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
“Əziz Qardaşım. Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik.
Bu ağır anlarda dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”, – deyə məktubda bildirilir.
Скопировано
Тег #İlham Əliyev используется
- Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
- Prezident İlham Əliyev Türkiyədə | Qarşılanma anından görüntülər
- Prezident İlham Əliyevin Antalyada qarşılanma anı
- Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Baku TV
- Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda
