Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Dövlət başçısı bildirib ki, Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşılanıb.
Prezident İlham Əliyev bu dəhşətli hadisədən son dərəcə hiddətləndiyini və uşaqlara qarşı yönələn bu qəddarlıq əməlini qətiyyətlə pislədiyini vurğulayıb.
“Bu ağır anlarda dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət etsin”, – deyə məktubda vurğulanıb.
