Azərbaycan və Rusiya liderləri arasında mühüm müzakirələr aparıldı - Baku TV
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.
Vladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib.
