Выбрать плеер:
Parisdə ikitərəfli münasibətlər müzakirə edilib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarla ikitərəfli münasibətləri müzakirə edib.
Hikmət Hacıyev bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Emmanuel Bonne və digər fransalı həmkarlarla məhsuldar görüş keçirib.
“Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq”, – deyə Hikmət Hacıyev paylaşımında bildirib.
Скопировано
Тег #Hikmət Hacıyev используется
- Hikmət Hacıyevdən paylaşım | Qarabağa növbəti köç | Trampdan vacib açıqlama - YENİ BİR SƏHƏR
- Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib - Baku TV
- Önəmli məsələlər müzakirə olundu | Hikmət Hacıyevdən paylaşım - Baku TV
- Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV
- Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib
