Bakıda Beynəlxalq STEAM Azərbaycan Festivalı start götürdü | Nazir tədbirdə çıxış etdi
"STEAM Azərbaycan" festivalının ilk ili ilə müqayisədə 50 dəfədən çox məktəbli STEAM metodologiyası ilə tədrisə cəlb olunub. Hazırda ölkənin 21 bölgəsində STEAM mərkəzləri fəaliyyət göstərir və layihə beynəlxalq miqyasda da təqdim olunur".
Bu fikirləri "STEAM Azərbaycan" festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, artıq bu təşəbbüs sadəcə böyük şəhərlərdəki bir neçə məktəbdə deyil, ölkə üzrə 300 mindən artıq şagirdi əhatə edən geniş bir hərəkat halını alıb:
"Məktəblərin 5-də biri, 3-9-cu siniflər üzrə isə 4-də biri bu sistemə daxil edilib. Yeni tikilən və təmir olunan məktəblərdə də STEAM təhsili əsas komponent kimi nəzərdə tutulur.
İnanıram ki, 2027-2030-cu illər strategiyasında STEAM artıq layihə deyil, Azərbaycan təhsilinin özəyi olacaq".
