Выбрать плеер:
“Biz Azərbaycandan 11 yardım paketi almışıq” | Volodimir Zelenski
“Biz hava hücumundan müdafiə tədbirlərini görmüşük. Lakin buna baxmayaraq, enerji sahəsində təchizata gəldikdə belə çox ağır bir dövrdə biz Azərbaycandan 11 yardım paketini almışıq”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
“Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Bu haqda xeyli söhbət etdik. Cənab Prezident, xüsusi olaraq sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik”, – deyə Volodimir Zelenski bildirib.
Скопировано
