Выбрать плеер:
İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında
İyulun 2-də Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.
Dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsiblər.
İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış olublar, burada diplomatlar üçün yaradılmış şəraitə baxıblar.
Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.
Bina ilə tanışlıqdan sonra İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.
Скопировано
Тег #İlham Əliyev используется
- İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında
- İlham Əliyevlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Baku TV
- Prezident Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi - Baku TV
- Trampın İranla bağlı istəyi | Azərbaycanda idmanın inkişafı | Avropanın gizli oyunu - YENİ BİR SƏHƏR
- İlham Əliyevə Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı adı verildi - Baku TV
