Выбрать плеер:

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

06 декабря 2025 77 просмотров

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin “International Resources Holding” şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.

“2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırıb.

Qonaq qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində tapşırıq verib. O, əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyərək Azərbaycanla BƏƏ arasında uzunmüddətli uğurlu tərəfdaşlığın qurulduğunu vurğulayıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu ilin sentyabrında Azərbaycana, Qarabağa səfərini, həmçinin onunla ölkəmizdə və Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlət başçısı siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayıb, müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndiyini qeyd edib, ölkələrimiz arasında qarşılıqlı dəstəyi yüksək qiymətləndirib.

Bərpa olunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Söhbət zamanı siyasi, iqtisadi-ticari, neft-qaz və digər istiqamətlərdə ikitərəfli əlaqələrimizin inkişafı vurğulanıb.

Enerji infrastrukturu, bərpa olunan enerji, investisiyalar, informasiya texnologiyaları, mədən sənayesi və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

“Global Infrastructure Partners” şirkətinin baş icraçı direktoru İlham Əliyevin qəbulunda

“Global Infrastructure Partners” şirkətinin baş icraçı direktoru İlham Əliyevin qəbulunda

Siyasət
08 декабря 2025 77 просмотров
İlham Əliyev İranın xarici işlər naziri ilə nələri müzakirə etdi?

İlham Əliyev İranın xarici işlər naziri ilə nələri müzakirə etdi?

Siyasət
08 декабря 2025 77 просмотров
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
08 декабря 2025 77 просмотров
İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi - Baku TV

İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi - Baku TV

Siyasət
08 декабря 2025 77 просмотров
Azərbaycan və İran XİN başçılarının birgə mətbuat konfransı - Baku TV CANLI

Azərbaycan və İran XİN başçılarının birgə mətbuat konfransı - Baku TV CANLI

Siyasət
08 декабря 2025 77 просмотров
Hikmət Hacıyevdən paylaşım | Pokrovsk niyə önəmlidir? | Ukrayna üçün həlledici gün - YENİ BİR SƏHƏR

Hikmət Hacıyevdən paylaşım | Pokrovsk niyə önəmlidir? | Ukrayna üçün həlledici gün - YENİ BİR SƏHƏR

Siyasət
08 декабря 2025 77 просмотров
Leyla Əliyeva və Arzu Əliyeva professor Məhəmməd Yunusla görüşüblər - Baku TV

Leyla Əliyeva və Arzu Əliyeva professor Məhəmməd Yunusla görüşüblər - Baku TV

Siyasət
07 декабря 2025 77 просмотров
Gerçəklər üzə çıxdı: Ermənistandan Rusiyaya qarşı istifadə etmək üçün nə planlanır? | YEKUNLAŞDIRAQ

Gerçəklər üzə çıxdı: Ermənistandan Rusiyaya qarşı istifadə etmək üçün nə planlanır? | YEKUNLAŞDIRAQ

Siyasət
07 декабря 2025 77 просмотров
Ermənistan arxivləri həqiqətləri açdı | Planın arxasında kimlər var idi? - QARABAĞ XRONİKASI

Ermənistan arxivləri həqiqətləri açdı | Planın arxasında kimlər var idi? - QARABAĞ XRONİKASI

Siyasət
07 декабря 2025 77 просмотров
"Sülh geridönməz olmalıdır" | Doha Forumundan mesaj - Baku TV

"Sülh geridönməz olmalıdır" | Doha Forumundan mesaj - Baku TV

Siyasət
07 декабря 2025 77 просмотров
Выбранные
icon