Выбрать плеер:
İrandan təxliyə olunan Belarus vətəndaşı Azərbaycana təşəkkür etdi
“Biz özümüzü Azərbaycan ərazisində təhlükəsizlikdə hiss edirik”.
Bunu İrandan təxliyə edilən Belarus vətəndaşı Roman Strejak jurnalistlərə açıqlamasında deyib.
“İşlə əlaqədar İranda ezamiyyətdə idim. Göstərilən operativ dəstəyə, müharibənin getdiyi ölkədən çıxmaq üçün dövlət sərhədindən keçməyə icazə verildiyinə görə Azərbaycana təşəkkür edirəm”, – deyə o sözlərinə əlavə edib.
Скопировано
