Siyasət
Выбрать плеер:

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

01 января 2025 88 просмотров

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

“Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhvali-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.

Həmçinin İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib.

Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.

Eyni zamanda Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub”, – deyə XİN-in məlumatında qeyd olunub.

Скопировано
Ter-Petrosyandan Qərbi azərbaycanlılara qarşı bağışlanmaz addım | QAİ bəyanat yaydı

Ter-Petrosyandan Qərbi azərbaycanlılara qarşı bağışlanmaz addım | QAİ bəyanat yaydı

Siyasət
04 января 2025 88 просмотров
Qəzaya düşən AZAL təyyarəsinin “qara qutu”ları barədə hansı işlər görüldü?

Qəzaya düşən AZAL təyyarəsinin “qara qutu”ları barədə hansı işlər görüldü?

Siyasət
04 января 2025 88 просмотров
Kiyev sakinlərindən Azərbaycana təşəkkür | Bu, şəhərin ən gözəl parklarındandır

Kiyev sakinlərindən Azərbaycana təşəkkür | Bu, şəhərin ən gözəl parklarındandır

Siyasət
04 января 2025 88 просмотров
Beynəlxalq münasibətlər sistemində 2024 | Ötən ilin siyasi yekunları - BAKU ANALİTİK

Beynəlxalq münasibətlər sistemində 2024 | Ötən ilin siyasi yekunları - BAKU ANALİTİK

Siyasət
03 января 2025 88 просмотров
2025-ci il Ermənistan üçün təhlükəli olacaq, yoxsa...? | Nahapetyandan sensasiyalı açıqlama

2025-ci il Ermənistan üçün təhlükəli olacaq, yoxsa...? | Nahapetyandan sensasiyalı açıqlama

Siyasət
03 января 2025 88 просмотров
Qazaxıstan Prezidenti “qara qutu”larla bağlı nələrdən danışdı? | Yeganə düzgün qərar budur!

Qazaxıstan Prezidenti “qara qutu”larla bağlı nələrdən danışdı? | Yeganə düzgün qərar budur!

Siyasət
03 января 2025 88 просмотров
İranın siyasəti Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib | İran rəsmisi

İranın siyasəti Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib | İran rəsmisi

Siyasət
03 января 2025 88 просмотров
“Lakeside” hoteli və “Xizək klubu” binasının tikintisində hansı işlər görülüb?

“Lakeside” hoteli və “Xizək klubu” binasının tikintisində hansı işlər görülüb?

Siyasət
02 января 2025 88 просмотров
Gürcüstanda tarixi xaos: Kimlərin kitabı bağlandı? - SƏNƏDLİ FİLM

Gürcüstanda tarixi xaos: Kimlərin kitabı bağlandı? - SƏNƏDLİ FİLM

Siyasət
02 января 2025 88 просмотров
Azərbaycan XİN-dən ABŞ-dəki dəhşətli hücuma reaksiya | Dualarımız qurbanlar və ailələri ilədir…

Azərbaycan XİN-dən ABŞ-dəki dəhşətli hücuma reaksiya | Dualarımız qurbanlar və ailələri ilədir…

Siyasət
02 января 2025 88 просмотров
Выбранные
icon