Siyasət
Выбрать плеер:

Prezident “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış oldu

02 января 2025 63 просмотров

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar.

Yeni hoteldə qonaqların istirahətinin hərtərəfli, dolğun və mənalı təşkili üçün geniş imkanlar yaradılacaq. Burada ümumilikdə 122 nömrə olacaq.

Hoteldə idman, “Kids Care” zonaları, işgüzar tədbirlər üçün müasir konfrans zalı və iclas otağı, xizək həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək. Hotelin yerləşdiyi əraziyə xizək sürənlərin rahat yaxınlaşmalarını təmin etmək üçün burada ilk dəfə “MegaCord” əlaqələndirici lift fəaliyyət göstərəcək. Bu lift hoteli ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək. Hoteldə 250 yerlik restoran qonaqların ixtiyarına veriləcək.

Məlumat verilib ki, inşaat işlərinin ikinci fazasında hotelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının tikintisi də nəzərdə tutulur.

Sonra dövlət başçısı, birinci xanım və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.

Qeyd edək ki, “Xizək klubu” binasında kafe, brifinq, iclas və konfrans zalları, mətbuat nümayəndələri üçün otaq olacaq. Yalnız qış mövsümündə deyil, bütün ilboyu burada “Xizək klubu”nun üzvü olanlara, o cümlədən uşaq və yeniyetmələr üçün xizəksürmə kursları təşkil ediləcək.

Xizək Stadionu Kompleksində yaradılmış yamac Beynəlxalq Xizək və Snoubord Federasiyasının bütün tələb və standartlarına tam cavab verir. Burada idmanın bu növü üzrə müxtəlif beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq. İdman kompleksində 500 nəfərlik tribuna quraşdırılacaq.

Скопировано
Ter-Petrosyandan Qərbi azərbaycanlılara qarşı bağışlanmaz addım | QAİ bəyanat yaydı

Ter-Petrosyandan Qərbi azərbaycanlılara qarşı bağışlanmaz addım | QAİ bəyanat yaydı

Siyasət
04 января 2025 63 просмотров
Qəzaya düşən AZAL təyyarəsinin “qara qutu”ları barədə hansı işlər görüldü?

Qəzaya düşən AZAL təyyarəsinin “qara qutu”ları barədə hansı işlər görüldü?

Siyasət
04 января 2025 63 просмотров
Kiyev sakinlərindən Azərbaycana təşəkkür | Bu, şəhərin ən gözəl parklarındandır

Kiyev sakinlərindən Azərbaycana təşəkkür | Bu, şəhərin ən gözəl parklarındandır

Siyasət
04 января 2025 63 просмотров
Beynəlxalq münasibətlər sistemində 2024 | Ötən ilin siyasi yekunları - BAKU ANALİTİK

Beynəlxalq münasibətlər sistemində 2024 | Ötən ilin siyasi yekunları - BAKU ANALİTİK

Siyasət
03 января 2025 63 просмотров
2025-ci il Ermənistan üçün təhlükəli olacaq, yoxsa...? | Nahapetyandan sensasiyalı açıqlama

2025-ci il Ermənistan üçün təhlükəli olacaq, yoxsa...? | Nahapetyandan sensasiyalı açıqlama

Siyasət
03 января 2025 63 просмотров
Qazaxıstan Prezidenti “qara qutu”larla bağlı nələrdən danışdı? | Yeganə düzgün qərar budur!

Qazaxıstan Prezidenti “qara qutu”larla bağlı nələrdən danışdı? | Yeganə düzgün qərar budur!

Siyasət
03 января 2025 63 просмотров
İranın siyasəti Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib | İran rəsmisi

İranın siyasəti Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib | İran rəsmisi

Siyasət
03 января 2025 63 просмотров
“Lakeside” hoteli və “Xizək klubu” binasının tikintisində hansı işlər görülüb?

“Lakeside” hoteli və “Xizək klubu” binasının tikintisində hansı işlər görülüb?

Siyasət
02 января 2025 63 просмотров
Gürcüstanda tarixi xaos: Kimlərin kitabı bağlandı? - SƏNƏDLİ FİLM

Gürcüstanda tarixi xaos: Kimlərin kitabı bağlandı? - SƏNƏDLİ FİLM

Siyasət
02 января 2025 63 просмотров
Azərbaycan XİN-dən ABŞ-dəki dəhşətli hücuma reaksiya | Dualarımız qurbanlar və ailələri ilədir…

Azərbaycan XİN-dən ABŞ-dəki dəhşətli hücuma reaksiya | Dualarımız qurbanlar və ailələri ilədir…

Siyasət
02 января 2025 63 просмотров
Выбранные
icon