Siyasət
Выбрать плеер:

İranın siyasəti Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib | İran rəsmisi

03 января 2025 67 просмотров

Rəsmi Tehran iranlı ayətullahın dövlət televiziyasında səsləndirdiyi təhqiramiz və təxribat xarakterli bəyanatlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Bakıdakı müvəqqəti işlər vəkilini çağırması və ona etiraz notası təqdim etməsi barədə məlumatı təsdiqləyib.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Hadisə ilə bağlı İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçili danışıb.

O bildirib ki, İranın siyasəti qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı ölkənin şimal-qərbində yerləşən şəhərlərdən birində bir nəfərin düşüncəsiz və yersiz bəyanatları ilə bağlı olub.

“Bu cür bəyanatların hökumətin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”, – deyə o bəyan edib.

Qeyd edək ki, yanvarın 1-də İranın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İran ali rəhbərinin nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi və İran Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və onun liderinə qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

Скопировано
Ter-Petrosyanın açıqladığı faktlar beynəlxalq məhkəmə üçün əsas ola bilər - BAKU ANALİTİK

Ter-Petrosyanın açıqladığı faktlar beynəlxalq məhkəmə üçün əsas ola bilər - BAKU ANALİTİK

Siyasət
06 января 2025 67 просмотров
Rusiya rəsmi dairələrindən bu cəhdi görsəydik... | Prezidentdən vacib xatırlatma

Rusiya rəsmi dairələrindən bu cəhdi görsəydik... | Prezidentdən vacib xatırlatma

Siyasət
06 января 2025 67 просмотров
Regionda maraqları olan əsas hansı ölkələrdir? | Azəbaycan-Ermənistan üçün 2025-ci ilin ssenarisi

Regionda maraqları olan əsas hansı ölkələrdir? | Azəbaycan-Ermənistan üçün 2025-ci ilin ssenarisi

Siyasət
06 января 2025 67 просмотров
Təyyarə qəzasından az sonra əsas təhlükə bu olub - BİZDƏN NƏ DANIŞIRLAR?

Təyyarə qəzasından az sonra əsas təhlükə bu olub - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
06 января 2025 67 просмотров
Əsassız iddiaları qəbuledilməzdir | XİN-dən Makronun təxribat dolu açıqlamalarına reaksiya

Əsassız iddiaları qəbuledilməzdir | XİN-dən Makronun təxribat dolu açıqlamalarına reaksiya

Siyasət
06 января 2025 67 просмотров
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Milad bayramı münasibətilə təbrik etdi

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Milad bayramı münasibətilə təbrik etdi

Siyasət
06 января 2025 67 просмотров
Hərbi cinayətkarların məhkəməsinin tarixi bəlli oldu | Detallar açıqlandı

Hərbi cinayətkarların məhkəməsinin tarixi bəlli oldu | Detallar açıqlandı

Siyasət
06 января 2025 67 просмотров
Ermənistanın dövlətçilik ideologiyası kimlərə qarşı qurulub?

Ermənistanın dövlətçilik ideologiyası kimlərə qarşı qurulub?

Siyasət
06 января 2025 67 просмотров
Aşağı Necili sakinkləri ötən əsrdə iki dəfə soyqırımına məruz qalıblar | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Aşağı Necili sakinkləri ötən əsrdə iki dəfə soyqırımına məruz qalıblar | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
06 января 2025 67 просмотров
Paşinyan indi gizlənməyə yer axtarır | Baş nazirdən gözlənilməz etiraf

Paşinyan indi gizlənməyə yer axtarır | Baş nazirdən gözlənilməz etiraf

Siyasət
06 января 2025 67 просмотров
Выбранные
icon