Выбрать плеер:
Overçukdan Azərbaycan, Rusiya və İranla bağlı açıqlama
Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, enerji və gömrük sahəsində keçirilən üçtərəfli görüşdə mühüm açıqlamalar verib. O bildirib ki, üç ölkə arasında Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər uzanacaq ümumi, maneəsiz logistika sisteminin (Şimal-Cənub dəhlizi) yaradılması istiqamətində işlər aktivləşib. Overçukun sözlərinə görə, bu təşəbbüs gələcəkdə ortaq ticarət bazarının yaradılmasına zəmin yaradacaq, iqtisadiyyatlara əlavə imkanlar qazandıracaq, yeni iş yerləri açacaq və insanların həyat səviyyəsini yaxşılaşdıracaq.
Скопировано
