Siyasət
Выбрать плеер:

Paşinyan ermənilərə nə söz verdi? | Nikolu Tavuşa aparan səbəb

17 апреля 2024

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Əskipara kəndinə gedib.

Onun yerli sakinlərlə görüşünün bəzi təfərrüatları “Hraparak”da yayılıb.

Erməni mətbuatı yazır ki, N.Paşinyanla görüşə yalnız Əskipara kəndinin sakinləri buraxılıb, təhlükəsizlik işçiləri zala daxil olanları yoxlayıb, onların telefonları yığılıb. Bir saat davam edən görüşdə Baş nazir Azərbaycana təhvil veriləcək ərazilərdən danışıb.

N.Paşinyanın sözlərinə görə, Ermənistan-Gürcüstan dövlətlərarası yolun bir hissəsi Azərbaycana məxsus ərazidən, Aşağı Əskipara kəndindən keçir. Baş nazir bu səbəbdən alternativ yolun çəkilməsini təklif edib. O, Azərbaycanla danışıqların hələ də davam etdiyini, ermənilərin tələbini yerinə yetirməyə çalışacağını bildirib.

Görüşdə iştirak edən 2-ci Ordu Korpusunun qərargah komandirinin keçmiş müavini, polkovnik Mihran Maxsudyan deyib ki, erməni sakinlərin Baş nazirdən əsas tələbi Azərbaycan Ordusunun Əskipara kəndinin başında oturmasının qarşısının alınmasıdır.

Laura adlı Əskipara sakini erməni mətbuatına bildirib ki, Nikol Paşinyan onlara deyib ki, Azərbaycanla torpaq mübadiləsi aparılmalıdır.

“Bizim sərhədçilər çayın bu tərəfində, onlarınkı isə o tərəfində olmalıdır. İstədiyimiz bu idi. Baş nazir dedi ki, belə bir razılaşma var. Kəndlilər bundan razı qaldılar. Kilsəmizin o biri tərəfində bizə 100 metrdən çox məsafə qalıb, orada tikanlı məftillər çəkiləcək”, – deyə sakin əlavə edib.

Qeyd edək ki, N.Paşinyanla görüş qapalı keçirilib. İclas iştirakçılarına heç nə çəkməyə icazə verilməyib.

Скопировано
Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
30 апреля 2024
Delimitasiya prosesi davam edir | Tiqran Arutyunyandan vacib açıqlama

Delimitasiya prosesi davam edir | Tiqran Arutyunyandan vacib açıqlama

Siyasət
30 апреля 2024
Prezident ABŞ-dən gələn nümayəndələri qəbul edib

Prezident ABŞ-dən gələn nümayəndələri qəbul edib

Siyasət
30 апреля 2024
Paşinyan ermənilərə demarkasiya məsələsini görün necə izah etdi

Paşinyan ermənilərə demarkasiya məsələsini görün necə izah etdi

Siyasət
30 апреля 2024
Ayxan Hacızadə Fransaya sərt səsləndi | Daxili işlərimizə...

Ayxan Hacızadə Fransaya sərt səsləndi | Daxili işlərimizə...

Siyasət
30 апреля 2024
Paşinyan devrilərsə, hər şey dəyişəcək | Bakı üçün hansı təhlükə var?

Paşinyan devrilərsə, hər şey dəyişəcək | Bakı üçün hansı təhlükə var?

Siyasət
30 апреля 2024
Paşinyanın dedikləri erməniləri ağlatdı | Erməni mediası nələr yazdı?

Paşinyanın dedikləri erməniləri ağlatdı | Erməni mediası nələr yazdı?

Siyasət
30 апреля 2024
İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Siyasət
30 апреля 2024
Fransa səfiri Makronla məsləhətləşdikdən sonra Bakıya geri döndü

Fransa səfiri Makronla məsləhətləşdikdən sonra Bakıya geri döndü

Siyasət
30 апреля 2024
Paşinyan Ermənistan sərhədlərini kimə əmanət edir? | Qasparyandan təklif

Paşinyan Ermənistan sərhədlərini kimə əmanət edir? | Qasparyandan təklif

Siyasət
30 апреля 2024
Выбранные
icon