Paşinyandan “Qarabağ hərəkatı” ilə bağlı xəbərdarlıq
“Ermənistanda istənilən səviyyədə “Qarabağ hərəkatı”nı davam etdirmək cəhdləri Azərbaycanda da analoji reaksiyalara səbəb olacaq”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan parlamentinin zalında müxalif deputatlar tərəfindən “Qarabağ bayraqları”nın nümayiş etdirilməsi və Qarabağ mövzusunun siyasi gündəmdə saxlanılması davam etdikcə Azərbaycanda buna “güzgü effekti” ilə cavab veriləcək.
O qeyd edib ki, hazırkı hakimiyyət dövründə bu məsələlərin praktik əhəmiyyəti olmayacaq və hökumət “Qarabağ hərəkatı”nın yenidən canlandırılmasına yönələn cəhdlərin qarşısını almağa çalışacaq:
“Qarabağ hərəkatı”nı davam etdirmək üçün istənilən cəhd qarşı tərəfdə də analoji reaksiyalar yaradacaq. Buna görə də biz bu cür cəhdlərin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik. Ermənistan xalqı bu baxışın lehinə səs verib və biz belə təşəbbüsləri xalqı yeni avantüraya sürükləmək cəhdi kimi qiymətləndirəcəyik”.
Paşinyan əlavə edib ki, heç kimi ittiham etmir, sadəcə, hadisələrin səbəb-nəticə əlaqələrinin düzgün başa düşülməsini vacib hesab edir.
Hökumət başçısı həmçinin sabiq prezident Robert Köçəryanın Ermənistanın yalnız 29 743 kvadratkilometrlik ərazi ilə kifayətlənməməli olduğu barədə təxribatçı fikirlərinə də toxunaraq söyləyib ki, region ölkələri Ermənistanda səslənən bu cür bəyanatları diqqətlə izləyirlər.
Тег #Ermənistan используется
- Ermənistan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı davam etdirəcək?
- Paşinyandan revanşist ermənilərə Qarabağ şilləsi - Baku TV CANLI
- Baş nazirlər əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
- Kreml İrəvana güvənərək regiondakı mövqeyini saxlaya biləcəkmi? - 24 SAAT
- Avropa Qarabağ məsələsini yeni formada qaytarmağa çalışır? - AKTUAL GÜNDƏM
