Peskov ölkəsinin vəhşiliklərindən yox, Bakıdakı həbslərdən danışdı | Yalan danışdılar, amma...
Rusiya Azərbaycanla olan bütün problemlərin konstruktiv həllinə ümid edir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Proses ikitərəfli əlaqələrin ruhuna uyğun aparılmalıdır. Rusiya və Azərbaycan ən yaxın tərəfdaş, müttəfiq kimi qalmalıdır”, – deyə D.Peskov bildirib.
Kremlin sözçüsü həmçinin vurğulayıb ki, Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının maraqlarının müdafiəsi üçün Moskva Bakı ilə mütəmadi əlaqə saxlayır. Onun sözlərinə görə, Rusiyanın Baş prokuroru və İstintaq Komitəsi Azərbaycanın Baş prokuroru ilə təmasdadır.
Qeyd edək ki, iyunun 27-də OMON Yekaterinburq şəhərində azərbaycanlı iş adamlarına hücum edib, iki nəfər xüsusi amansızlıqla öldürülüb. Rusiya tərəfi həbs olunanlardan birinin ürək çatışmazlığından həlak olduğu yalanını deyə bilsə də, digər qətlin səbəblərini açıqlamayıb. Yaydıqları yalanlarla bağlı Bakıya rəsmi ekspertiza rəyi də göndərməyiblər. Azərbaycanda keçirilən tibbi ekspertizadan sonra dəhşətli faktlar ortaya çıxıb və məlumat ictimailəşdirilib.
Eyni zamanda Bakıda “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilib və saxlanılanlar olub. Bundan əlavə, Bakıda Rusiya vətəndaşlarından ibarət iki cinayətkar dəstənin də üzvləri saxlanılıb.
