Siyasət
Выбрать плеер:

Poletayev qəzaya uğramış təyyarənin “qara qutu”sunun Braziliyaya göndərilməsindən danışdı

30 декабря 2024 30 просмотров

“Qazaxıstanın Aktauda qəzaya uğrayan təyyarənin registratorlarını deşifrə etmək üçün Braziliyaya göndərmək qərarı müstəqillik, suverenlik və qərəzsizliyin təzahürüdür”.

“Tengrinews.kz” xəbər verir ki, bunu politoloq Eduard Poletayev deyib.

E.Poletayev qeyd edib ki, nəqliyyat naziri Marat Karabayevin rəhbərlik etdiyi Aktau qəzasının Təhqiqat Komissiyası məlumat verib ki, Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, təhqiqat aparan dövlət uçuş yazılarının oxunmasını təmin edir və “qara qutu”ların oxunması, şifrəsinin açılması üçün ölkənin seçilməsi barədə qərar qəbul edir:

“Qazaxıstan bu konvensiyanı 1992-ci ildə ratifikasiya edib və Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvüdür. Yuxarıda göstərilən sənədə əsasən, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyələrini, Azərbaycan və Rusiyanın aviasiya hakimiyyət orqanları ilə məsləhətləşmələri nəzərə alaraq Komissiya “qara qutu”ların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul edib.

Bu ölkə həm də “Embraer” təyyarəsinin mənşə ölkəsidir”.

Onun fikrincə, Qazaxıstan təyyarə qəzasının araşdırılmasında obyektivliyin tərəfdarıdır:

“Əslində, deşifrə üçün Braziliyaya uçuş registratorlarının göndərilməsi qərarı Qazaxıstanın müstəqilliyinin, suverenliyinin və qərəzsizliyinin təzahürüdür.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının himayəsi altında keçirilən mülki aviasiya baş direktorlarının konfranslarının birində qəbul edilib ki, dövlət öz ərazisi üzərindəki hava məkanında uçuşların, o cümlədən xarici operatorların hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıyır”.

O vurğulayıb ki, dövlətlərin öz ərazilərindəki hava məkanı üzərində suverenliyi prinsipinə və ondan təhlükəsiz istifadəni təmin etmək üçün vasitələri seçmək hüququna baxmayaraq, vahid minimum təhlükəsizlik tələblərinə əməl olunmadan beynəlxalq uçuşların həyata keçirilməsini təmin etmək olmaz:

“CENIPA-nın müstəntiqləri dekabrın 28-də Aktauya gəliblər. Ertəsi gün İlham Əliyev qazax xalqına minnətdarlığını bildirdi. Kasım-Jomart Tokayev təyyarə qəzasında həlak olanların xilas edilməsində göstərdiyi qəhrəmanlığa görə bir sıra vətəndaşları mükafatlandırdı”.

“Lakeside” hoteli və “Xizək klubu” binasının tikintisində hansı işlər görülüb?

“Lakeside” hoteli və “Xizək klubu” binasının tikintisində hansı işlər görülüb?

Siyasət
02 января 2025 30 просмотров
Gürcüstanda tarixi xaos: Kimlərin kitabı bağlandı? - SƏNƏDLİ FİLM

Gürcüstanda tarixi xaos: Kimlərin kitabı bağlandı? - SƏNƏDLİ FİLM

Siyasət
02 января 2025 30 просмотров
Azərbaycan XİN-dən ABŞ-dəki dəhşətli hücuma reaksiya | Dualarımız qurbanlar və ailələri ilədir…

Azərbaycan XİN-dən ABŞ-dəki dəhşətli hücuma reaksiya | Dualarımız qurbanlar və ailələri ilədir…

Siyasət
02 января 2025 30 просмотров
Prezident Monteneqro lideri Yakov Milatoviçə başsağlığı məktubu ünvanlandı

Prezident Monteneqro lideri Yakov Milatoviçə başsağlığı məktubu ünvanlandı

Siyasət
02 января 2025 30 просмотров
Prezident “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış oldu

Prezident “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış oldu

Siyasət
02 января 2025 30 просмотров
Trampın qayıdışı Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək?

Trampın qayıdışı Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək?

Siyasət
01 января 2025 30 просмотров
Regionda gərginliyi artıran amil | Cənubi Qafqazı nələr gözləyir?

Regionda gərginliyi artıran amil | Cənubi Qafqazı nələr gözləyir?

Siyasət
01 января 2025 30 просмотров
Rusiyada miqrantlarla bağlı vacib qaydalar qəbul edildi

Rusiyada miqrantlarla bağlı vacib qaydalar qəbul edildi

Siyasət
01 января 2025 30 просмотров
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Siyasət
01 января 2025 30 просмотров
Prezident COP-dan sonra da ölkəmizi qaralayanları ifşa etdi

Prezident COP-dan sonra da ölkəmizi qaralayanları ifşa etdi

Siyasət
01 января 2025 30 просмотров
Выбранные
icon